Vaxt.Az

Fars-molla rejiminin qadın siyasəti kəskinləşir


 

İranda “Əxlaq Təhlükəsizlik Polisi” fəaliyyətə başlayacaq

Fars-molla rejiminin qadın siyasəti kəskinləşir İyulun 10-da İranın İdeoloji və Siyasi Polis Təşkilatının başçısı höccətülislam Seyid Əlirza Ədyani mediaya yeni polis xidməti növünün yaradılması barədə açıqlama verib.

O, bu günə kimi vətəndaşların geyim, davranış və başqa bu kimi fərdi məsələlərinə nəzarət edən qurumların olmasına baxmayaraq, “Əxlaq Təhlükəsizlik Polisi” xidmət sahəsinin yaxın günlərdə fəaliyyətə başlayacağını deyib.

“Xoşbəxtliklə Tehranda hicabsızlığa və qeyri-etik davranışlara qarşı mübarizə şiddətlə davam etməkdə, bunun nəticələri özünü göstərməkdədir. Yaxın günlərdə başqa əyalətlərdə də bu, güclü şəkildə icra ediləcək”, – deyə, Ədyani bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Sosial mediada keçirilən müzakirələrdə bildirilir ki, hökumət əhalinin diqqətini əsas sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.

 





10.07.2022    çap et  çap et