Vaxt.Az

Şuşalıların köçürülmə tarixi bilindi


 

Sakinlərə müjdə; 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb

Şuşalıların köçürülmə tarixi bilindi “Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək”. Bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində bildirib.

O qeyd edib ki, ən başlıca məqsəd keçmiş məcburi köçkünlərimizin ən tez bir zamanda öz diyarlarına, evlərinə geri dönmələri üçün tam şərait yaratmaqdır.

“Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb. Gələn ilin sonunda biz ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik. Bu, bizim üçün qürurverici, eyni zamanda, çox məsuliyyətli bir layihədir”, - deyə A.Kərimov əlavə edib. (Trend)

 





09.07.2022    çap et  çap et