Şarl karyerasında ilk dəfə pouldan başlamadan qələbə qazandı. Mayamidən sonra ilk dəfə podiuma, Melburndan sonra ilk dəfə zirvəyə yüksəldi. Bu qələbə özünə inamı, komandaya inamı qaytarmaq, titul uğrunda mübarizəyə geridönüş etmək baxımından vacib idi.
Əlbəttə, “Ferrari” üçün ciddi siqnal Saynsın motorunun vaxtından əvvəl canını tapşırması oldu. Fransada hər iki sürücü yeni motora keçəcəkmi?
“Mercedes”lərin tempi istədiyim və ümid etdiyim qədər deyildi: yellənmə problemi tam çözülüb, sadəcə komanda indi maşının potensialını açmağa başlayır – digər komandalardan 10 yarış geridədir...
Haas bu gün möhtəşəm idi: güclü “Ferrari” motoru mövsümün əvvəlindən yenilənməyən Dallara şassisində keçilməz idi. Təəssüf ki, bir mövsüm buraxmış Kevin Maqnussen və təcrübəsiz Mik Şumaxer bu maşının potensialını hələ indi açmağa başlayıblar. Mik isə həftəsonunun adamı idi.
“McLaren” və “Alpine” də hər iki sürücü ilə xal qazansa da, templəri çox aşağı idi. Bizi isə iki həftədən sonra Pol Rikarda mövsümün ikinci yarısının startı gözləyir...