Vaxt.Az

Orduya hücum əmri


 

Zelenski Xerson azad olunması üçün planlar hazırlanmasını tapşırıb

Orduya hücum əmri Ukrayna Prezidenti hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib. Bu barədə “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, prezident ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən komandanlıq qarşısında cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah tapşırıqlarını yerinə yetirmək üçün planlar hazırlayır”, – deyə Reznikov bildirib.

Qeyd edək ki, mərkəz hissəsi də daxil olmaqla böyük bir hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır.

Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

 





11.07.2022    çap et  çap et