Urmiya gölünün Bərpa Qərargahının fəaliyyətinin razılaşdırılacağı ilə bağlı açıqlama verən millət vəkili, araşdırma ilə bağlı planın tezliklə parlamentin açıq toplantısında səsə qoyulacağını, millət vəkillərinin səs verdiyi təqdirdə məsələ ilə bağlı prosesin başladılacağını deyib.
“Ardıcıl quraqlıqlar səbəbindən gölün suyunun səviyyəsi xeyli azalıb, ancaq bərpa qərargahı gölün qurumasının qarşısını almaq üçün milyardlarla tümən xərcləyib. İndi biz bu qədər xərclərdən sonra heç bir xüsusi nəticə görmürük, ona görə də hesab edirik ki, Urmiya gölünün Bərpası Qərargahının fəaliyyəti və xərcləmələri araşdırılmalı, qiymətləndirilməlidir”, – deyə, Ruhullah Mütəfəkkir Azad bildirib.
O, Urmu gölünün qurumasının fəlakətli nəticələrinin göl ətrafındakı bölgələrdən başqa, Təbrizdən başlayaraq Tehrana qədər təsir edəcəyini, 14 milyon insanın həyatını duz fırtınaları təhlükəsi qarşısında qoyacağını söyləyib.
Millət vəkili bu günə kimi gölün bərpası üçün yarımçıq qalan layihələrin tamamlanması vacibliyindən danışıb və hökuməti bu yöndə əməli addımlar atmağa çağırıb.