Yair Lapidin ofisinin dərc etdiyi xəbərə görə, Türkiyə prezidenti Lapidi Ankaraya səfərini uğurlu adlandırıb və onun baş nazir postuna yiyələnməsi münasibətilə təbrik edib.
İsrail mətbuatının məlumatına görə, Lapid və Ərdoğan iki ölkənin aviasiya sənayesi ilə bağlı hazırkı razılaşmasını yüksək qiymətləndirib və ikitərəfli əlaqələrin bütün sahələrdə artdığını vurğulayıblar.
Məlumatda Türkiyə prezidentinin uzun müddət İsraili və onun siyasətini tənqid etdikdən sonra son bir ildə iki ölkə arasındakı münasibətlərə xüsusi diqqət yetirdiyi bildirilir.