Vaxt.Az

Abbas Lisani xalqa müraciət etdi


 

Güney Azərbaycanın mübarizə simvolunun Urmiya gölü fəlakəti ilə bağlı səs yazısı yayıldı

Abbas Lisani xalqa müraciət etdi Tibbi məzuniyyətdə olan siyasi məhbus Abbas Lisani Urmiya gölünün acınacaqlı durumu ilə bağlı audio müraciət yayıb. “Urmiya gölünün qurudulması ilə Azərbaycan türk millətinə məxsus bir neçə əyaləti boş səhraya çevirirlər və bununla da milləti açıq şəkildə soyqırım etmək istədiklərini söyləmək olar.

Urmiya gölünün fəlakətinə gəlincə, gölün bu vəziyyətə gətirən bütün səbəblər və həmçinin proses ictimaiyyətin gözü qarşısındadır. 

Urmiya gölünün qurudulması prosesi tamamilə gölü qurutmağa qərar verən siyasi iradəyə uyğundur. Eyni siyasi iradə Urmiya gölünün qurudulması prosesini öz siyasi maraqlarına uyğun həyata keçirir.

Bu maraqlardan biri də Urmiya gölünü qurudandan sonra onun minerallarını və faydalı qazıntılarını başqa yeraltı və yerüstü sərvətləri kimi talamaq, Azərbaycan xalqını günü-gündən yoxsullaşdırmaq və bununla da özlərinin mənfur istəklərinə çatmaqdan ibarətdir”, – müraciətdə deyilir.

Abbas Lisani bildirib ki, Urmiya gölünün quruması ilə Azərbaycanın türk xalqına məxsus bir neçə əyaləti boş səhralara çevirərək açıq şəkildə bu xalqı soyqırım etməkdir.

“Azərbaycan xalqı daha çox zülmə məruz qaldığı üçün reaksiyası daha şiddətli olacaq.

Heç kim müxtəlif vaxtlarda Azərbaycan xalqına qarşı qəddar və aqressiv siyasət yürütdüyünə görə sevinməməlidir. Azərbaycan xalqının torpağının səhralaşmasına yol verməkdənsə, zamanı gəldikdə bunu edənləri mənsub olduqları səhraya geri qaytaracağı gündən qorxun”.

Milli fəal Azərbaycan xalqın gördüyü zülmlər qarşısında susmayacağnı bəyan edib.

“Bu gün sakit görünməsinə baxmayaraq münasib zamanda partlayışa səbəb olacaq. Azərbaycan xalqı özünə layiq olan şəkildə tapdalanmış haqq və hüququnu əldə edəcək.

Ümid edirəm ki, fars hökuməti, şovinistləri və anti-türk təfəkkürlü cərəyanın ağlı başına gəlib bu ədalətsizliyə son qoyacaq. Əks halda millətin qəzəbi tanrının qəzəbindən daha şiddətli və qorxuludur, ayılın və özünə gəlin”, – deyə Abbas Lisani müraciətində bildirib.

 





11.07.2022    çap et  çap et