Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılması xəbərini özəl sayt və portallarda dərc edilməsi onların öz kurasiyasına aiddir.
«Prezident Administrasiyasının rəsmisi kimi biz buna nəzarət edə bilmərik, çünki hər bir internet resursunun öz iş mexanizmi var. Biz isə yalnız dövlət sayt və kütləvi informasiya vasitələrində gedən materiallara nəzarət edirik», - deyə Əli Həsənov bildirib.
Xatırladaq ki, Elnur Aslanovun nəzarətindəki saytlar prezidentin sərəncamını öz oxucularına, demək olar ki, təqdim etməyib. 1news.az, gün.az, bakupost.az və digər saytlar Prezidentin sərəncamını düz bir saat sonra, özü də adi xəbər kimi və görünməyən yerdən qoyublar.