Vaxt.Az

Hər əyardan bir medal


 

Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu

Hər əyardan bir medal Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turniri başa çatdı. Dünyanın 61 ölkəsindən 406 idmançının qatıldığı turnirdə idmançılar arasında olan rəqabət olduqca yüksək idi və final oyunları da gözlənilməz nəticələr verdi.

Turnirin ikinci günündə Azərbaycan zirvəyə doğru iriləyərək qızıl, gümüş və bürünc medallar əldə etdi. Belə ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda rəqibini üstələyərək ölkəmizə qızıl medal qazandırdı.

“Təbriklərə görə hamıya təşəkkür edirəm! Bu mənim bir neçə ay ərzində qazandığım 3-cü qızıl medalımdır və idmançı olaraq inkişafımın sübutudur. Mən əminəm ki, qalibiyyətim davamlı olacaq”, –  bunu ikiqat Avropa çempionu Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün verdiyi müsahibəsində bildirib.

Müəllifin sözlərinə görə, -73 kq çəki dərəcəsi olduqca çətin hesab olunur və adətən məhz bu çəki dərəcəsində yarışan idmançıların sayı daha çox olur. Müsahibədə Heydərov qələbəsini belə şərh edir: “Finalda Laşa Şavdatuaşvili, Fabio Basile və Rüstəm Orucovu gözləyirdim, lakin Laşanın finala qədər yüksəlməsinin ehtimalı daha çox idi. Bildiyiniz kimi, o çox güclü idmançıdır, bəlkə də növbəti dəfə final başqa cür bitə bilər, lakin inanıram ki gələcəkdə də onu məğlub edəcəm”. Məqalədə bildirilir ki, zaman Heydərovun xeyrinə işlədi: “Saatın bitməyinə 30 saniyə qalmış, o “osaekomini” təmin etmək üçün taktiki olaraq yerdə qaldı”. Hər iki idmançının amansız rəqabəti “golden score” bölümündə təzyiq altında keçdi: “Şavdatuaşvili “ashi waza” cəhdi etdi və bunu hiss edən Heydərov “te waza” istifadə edərək, qızıl qazandı!”.

Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Rüstəm Orucov isə üçüncü yer uğrunda mübarizədə Kuba təmsilçisi Maqdiel Estradanı üstələyərək bürünc medal qazandı.

-81 kq. çəkidə mübarizə aparan cüdoçumuz Səid Mollayi isə finalda braziliyalı Qilerme Şmitlə qarşılaşıb və komandanın aktivinə gümüş medal qazandırıb.

Yarışın ümumi nəticəsinə görə, Azərbaycan milli yığma komandası kişilər arasında Yaponiyadan sonra ikinci yerdə qərarlaşıb.

 





10.07.2022    çap et  çap et