Vaxt.Az

Özü bazaya qayıdıb


 

Raket zərbəsi ilə zədələnən “Bayraktar” hərbçiləri heyrətə gətirib

Özü bazaya qayıdıb Ukraynada “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını idarə edən ukraynalı hərbçilər onlarla bağlı diqqətçəkən hadisələrdən danışıblar.

Zaporojye bölgəsində “Bayraktar TB2”-ni idarə edən ukraynalı hərbçinin sözlərinə görə, döyüşlər zamanı rus “S-300” zenit-raket kompleksi pilotsuz uçuş aparatlarından birini hədəfə alıb. Raket PUA-nın yaxınlığında partlayandan sonra dronla əlaqə yox olub. Hərbçilər PUA-nı itirdiklərini güman ediblər. Sonra ciddi zədələr alan PUA-nı avtomatik olaraq bazaya qayıtdığını görəndə heyrətə gəliblər. Bu olay “Bayraktar TB2”-nin keyfiyyətini ortaya qoyur.

Digər hərbçi isə Belarusdan Ukraynaya daxil olan rus hərbi karvanını PUA ilə necə sıradan çıxardığından bəhs edib. O bildirib ki, “Bayraktar TB2” PUA-sı vasitəsilə hərbi karvandakı yanacaq daşıyan avtomobili hədəfə alıb. Silsilə partlayışlar nəticəsində hərbi karvan durdurulub.

 





11.07.2022    çap et  çap et