Vaxt.Az

Yaponiya Şinzo Abe ilə vidalaşır


 

Keçmiş baş nazirin ölümü ölkə siyasətində boşluq yaradacaq

Yaponiya Şinzo Abe ilə vidalaşır Bazar ertəsi axşam Tokioda Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin dəfnindən bir gün əvvəl anım mərasimi keçirilib. Yaponiyanın müharibədən sonrakı ən görkəmli siyasi xadimlərindən biri, keçmiş baş nazir Şinzo Abe cümə günü seçki kampaniyasında çıxışı zamanı döş qəfəsinə vurulan güllə ilə öldürülüb.

67 yaşlı Abe əl istehsalı tapança ilə vurulduqdan sonra aldığı yaradan Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib. Bu hadisə silahla sui-qəsd hadisəsinin son dərəcə nadir olduğu Yaponiyanı şoka salıb.

41 yaşlı şübhəli Tetsuya Yamaqami ölkənin Özünümüdafiə Qüvvələrinin keçmiş üzvüdür.

Polis Yamaqaminin Abenin onun anasının maliyyə itkisində günahlandırdığı dini qrupla əlaqəsi olduğuna inandığını bildirib.

Cənubi Koreyanın Birlik Kilsəsi bazar ertəsi Yamaqaminin anasının kilsənin üzvü olduğunu təsdiq etsə də, ondan böyük məbləğdə pul alındığını inkar edib.

Nə şübhəli, nə də Abe kilsənin üzvü olub. Lakin belə görünür Yamaqami Abenin həmin kilsəyə üzv olduğuna inanıb.

Abe uzun illər ərzində kilsənin sülhü təşviq edən səylərini dəstəkləyib.

Abenin ölümü Yaponiya siyasətində boşluq yaradacaq. Həm hakimiyyətdə olduğu iki müddət ərzində, həm də ondan sonra Abe ölkənin inkişaf istiqamətinə böyük təsir göstərib. O, Çinin artan gücünə qarşı durmağın və ölkəsinin hərbi büdcəsini artırmağın əsas tərəfdarlarından idi.

 





11.07.2022    çap et  çap et