Vaxt.Az

Çüdoçumuzdan gürcü idmançıya “ölümcül” zərbə


 

Hidayət Heydərovun Budapeştdəki performansı bütün stereotipləri qırdı

Çüdoçumuzdan gürcü idmançıya “ölümcül” zərbə Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Hidayət Heydərovun finalda yarışdığı gürcü rəqibi Laşa Şavdatuaşvilinin ləqəbinin “ölümsüz” olduğu qeyd edilib.

2021-ci ildə Budapeştdə dünya çempionu olan idmançı, ard-arda Paris, Tbilisi və Budapeştdə yüksək nəticələr göstərərək, fiziki və taktiki-texniki hazırlığının nə qədər yüksək olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünən, idmançı bir çox rəqibini geridə qoyaraq, finala son dərəcə soyuqqanlı və özünə inanaraq addımlayırdı. Lakin, müəllifin sözlərinə görə, son məqamı qazanıb qazanmamaq yox, bunu necə edəcəyi, zəka və düzgün dəyərləndirici baxış həll edir. 

Məqalədə idmançımız Hidayət Heydərov haqqında bildirilib ki, o Olimpiya və dünya ikincisi Rüstəm Orucovu qabaqlayaraq, -73 kq çəki dərəcəsində komandasında liderə çevrilib: “Bir müddətdir ki, Heydərovun nəticələri daha yaxşıdır və bu yarışdığı finallarda və qazandığı medallarda özünü büruzə verir. O, finala gedən yolda amerikalı Cek Yonezuka, polşalı Viktor Mrovçinski və tacik Behruzi Xocazodanı geridə qoydu. Yarımfinalda kubalı Magdiel Estradaya ilə qarşılaşmasında çətinlik çəkdi, lakin  ən əsas məsələ hələ qabaqda idi”.

Final  gərgin, yüksək səviyyədə keçəcəyini vəd edirdi. Hər iki cüdoçu təcrübəli, güclü, taktiki-texniki göstəriciləri yüksək olan idmançılar idi. Rəqibinə “golden score” bölümündə “te-waza” ilə qalib gələn Heydərov, Şavdatuaşvilinin hegemonluğuna son qoyan möhtəşəm döyüş nümayiş etdirdi.

 





10.07.2022    çap et  çap et