Fəallar silahlı qarşıdurmanın iyulun 11-də Əfqanıstan sərhədçilərinin İrana məxsus 30 traktoru müsadirə etməsindən sonra başlandığını bildirirlər.
Toqquşma Sistan-Bəluçistan əyalətinin Dostməhəmməd bölgəsinin “Miyankongi” və Əfqanıstanın Nimruz əyalətinin Dərviş bölgəsinin Kong sərhəd məntəqəsində davam edir.
Fasilələrlə iyulun 12-i səhər saatlarına qədər davam edən atışmada ehtimal edilən ölü və yaralı barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, artıq neçənci dəfədir ki, İranın sərhəd qoşunları və Taliban qüvvələri iki ölkənin sərhədində bir-birinə atəş açır.
Bundan öncəki atışmalarda bir neçə İran sərhədçisi öldürülüb, bir neçə hərbçi isə Taliban qüvvələri tərəfindən əsir götürülüb.