Sosial media şəbəkələrində güclü partlayışı əks etdirən videolar yayılıb.
Ukrayna mediası Odessa administrasiyasının sözçüsü Sergey Bratçuka istinadən yazır ki, zərbə Rusiya qüvvələrinin silah-sursat anbarlarına endirilib.
Rusiyanın dövlət xəbər agentliyi TASS və “RİA Novosti” bildirirlər ki, şora (selitra) saxlanan anbarlar hücuma məruz qalıb, amma Kaxovskaya su elektrik stansiyasına ziyan dəyməyib.
Bununla belə yaxınlıqdakı bazara, xəstəxanaya və yaşayış evlərinə ziyan dəydiyi bildirilir.
Xerson vilayətində rayon mərkəzi olan Novaya Kaxovka Rusiya qüvvələri tərəfindən müharibənin birinci günündə - 24 fevralda işğal edilib.
Bundan əvvəl açıq mənbələrdə burada şora anbarlarının olması barədə heç bir məlumat olmayıb.