Vaxt.Az

“Problem danışıqlar deyil, xalqı saymamaqdır”


 

“İnsanların nəinki prezident və millət vəkili, heç paltaryuyan maşın seçmək hüququ da yoxdur”

“Problem danışıqlar deyil, xalqı saymamaqdır” Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi hökuməti xalqı saymamaqda günahlandırıb.

“İnsanlara hörmətlə yanaşılmalıdır. Vətəndaşlar paltaryuyan maşından tutmuş parlament nümayəndəsi və prezidenti seçmə hüququ olmalıdır”, – deyə Əhməd Əlirzabeygi bildirib.

O, hal-hazırda nüvə danışıqları ilə bağlı aparılan təbliğata toxunaraq, bu gün vətəndaşların probleminin danışıqlar deyil. onlara hörmət edilməsi və iradələrinin nəzərə alınması olduğunu deyib.

Millət vəkilinin sözlərinə görə, bundan öncəki təcrübələr hökumətin vətəndaşların istəyinə nəzərə almadığı üçün onların etimadını qazana bilmədiyini söyləyib.

“Aydın məsələdir ki, xaricilərlə danışıqlarda xalqın dəstəyi olmasa əcnəbilərin iradəsinə tabe olacaq, onların istəyinə boyun əyəcəksiniz. Bu dəstək qazanıla bilmədiyi üçün heç bir fəaliyyət və danışıq müsbət nəticə verməyəcək. Hakimiyyət hazırkı ağır iqtisadi şəraiti nüvə danışıqları ilə əlaqələndirir. Bu belə deyil, ancaq bundan öncəki təcrübələr bunun belə olmadığını göstərir”-deyə, Təbrizin nümayəndəsi bildirib.

O, son prezident seçkilərində əhalinin 25 faizinin iştirak etdiyinə toxunub və bildirib ki, hakimiyyət ən yaxşı halda ölkə əhalisinin yalnız 25 faizinin dəstəyinə ümid edə bilər.

Qeyd edək ki, Əhməd Əlirzabeyginin “vətəndaşlar paltaryuyan maşından tutmuş parlament nümayəndəsi və prezidenti seçmə hüququ olmalıdır” ifadəsi bir başa Əli Xameneyiyə qarşı səslənən fikirdir.

Bunda öncə Əli Xameneyi xarici məişət avadanlıqları, o cümlədən paltaryuyan maşınların idxalına qadağa və yerli istehsal texnikalarından istifadə ilə bağlı göstəriş verib.

 





12.07.2022    çap et  çap et