Məsələn, Qərb ölkələri Şimal Qafqaz xalqlarının və İdel-Ural respublikalarının müstəqil dövlət qurmaq haqqına sahib olduğunu bəyan edə bilər. Bu Rusiyanın müstəmləkə rejimi altında əzilən Qafqaz və türk xalqlarının azadlıq uğrunda mübarizəsinə siyasi-mənəvi dəstək olar.
Rusiyanın parçalanması isə qaçılmazdır. İki-üç il əvvəl Rusiyanın bütövlüyünü qoruyub saxlamağın müxtəlif variantları mövcud idi. İndi isə istənilən qərar Rusiyanı fəlakətə daha da yaxınlaşdırır. Rusiyanın qarşısında yaxşı seçim variantı yoxdur. Pis və daha çox pis variantlar arasında seçim etmək lazım gələcək.
P.S. Rusiyanın casus şəbəkəsinin belə məlumatlardan narahatlığı isə anlaşılandır.