Vaxt.Az

Fars-molla rejimi Urmiya gölünü qurudur


 

Urmiya gölü əvvəlki vəziyyətinin 10 faizindədir

Fars-molla rejimi Urmiya gölünü qurudur “İran İslam Respublikasının yürütdüyü siyasət Urmiya gölünün qurudulmasına yönəlib”. Dünyaca məşhur azərbaycanlı fotoqraf Rza Diqqəti “İnstagram” profilindəki paylaşımında belə yazıb.

İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölü qurumağa davam edir.

“Bunun nəticəsində yaranmış duzlar və kimyəvi maddələr ətrafa yayılır, ekoloji fəlakət yaradır. Belə fəlakət isə yerli əhalinin ev-eşiklərini kütləvi şəkildə tərk etməsi ilə nəticələnə bilər. Urmiya gölünə axan bütün çayların qarşısının elmə zidd olan şəkildə kəsilməsi, habelə ətrafdakı qrunt sularının çıxarılması nəticəsində Urmiya gölü əvvəlki vəziyyətinin 10 faizindədir. Gölün qurumasının qarşısını almaq tələbi ilə keçirilən bütün nümayişlər və aksiyalar yatırılıb. Aksiya iştirakçıları arasında xeyli insan qətlə yetirilib, nə qədər insan həbsxanalardadır.

Urmiya gölü ilə bağlı vəziyyət həm də beynəlxalq miqyasda ekoloji fəlakətdir”, - Reza Deqqəti yazıb.

Xatırladaq ki, “Google Earth” Urmiya gölünün iqlim dəyişikliyi və gölün son 4 onillikdə qurudulması prosesi haqqında 3D xəritə paylaşıb.

Videoda 1984-cü ildən 2000-ci ilə kimi gölün tədricən quruması prosesi qısa şəkildə göstərilir.

Dünyanın müxtəlif yerlərinin 3D xəritəsini verən “Google Earth” qlobal iqlim dəyişikliyinin buzlaqlara, çimərliklərə və dünyanın digər bölgələrinə təsirlərini göstərmək üçün peyk şəkillərini tərtib edir.

Qeyd edək ki, Urmiya gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir.

“Urmiya” qədim türk dilində “suda yaşayış yeri” anlamını verir.

1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına salınıb.

Urmiya gölünün qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çayların üzərində su anbarlarının tikintisinə başlanılıb.

“Kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

 





12.07.2022    çap et  çap et