Vaxt.Az

ABŞ-Yaponiya nazirləri görüşür


 

“Birlikdə işləməsi hər zamankından daha vacibdir”

ABŞ-Yaponiya nazirləri görüşür ABŞ-ın maliyyə naziri Canet Yellen və yaponiyalı həmkarı Suniçi Suzuki çərşənbə axşamı Ukraynada müharibə və azad ticarətdən tutmuş davamlı enerji və ərzaq təhlükəsizliyinə qədər bir sıra məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Yellen bu həftənin sonunda İndoneziyanın Bali adasında Böyük iyirmilər qrupu (G-20) ölkələrinin maliyyə nazirlərinin görüşündən əvvəl danışıqlar aparmaq üçün çərşənbə axşamı Tokioya səfər edib.

Suzuki ilə görüşünə başlamazdan əvvəl o, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı təsirli sanksiyaların vacibliyini vurğulayıb və Yaponiya və digər ölkələrin Moskvanın hərbi cəhətdən maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.

“Hökumətlərimiz milli maraqlarımıza, eləcə də qlobal sabitliyə və rifaha təsir edən bir çox aktual prioritet məsələlərdə ümumi fikir və maraqları bölüşür. Birgə işlədikcə hər birimiz daha effektiv oluruq”, – deyə o bildirib.

Suzuki Yelleni salamlayaraq deyib ki, “beynəlxalq ictimaiyyətin bu qədər problemlə üzləşdiyi bu vaxtda Yaponiya və ABŞ-ın birlikdə işləməsi hər zamankından daha vacibdir”.

 





12.07.2022    çap et  çap et