“The Guardian” yazır ki, treyderlıər Rusiyanın Şimal Axını 1 qaz kəməri ilə nəqli ümumiyyətlə dayandıracağından narahatdırlar. Bu da qeyd olunur ki, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə bağlı sərt maliyyə siyasəti ilə əlaqədar dolların məzənnəsi bir xeyli möhkəmlənib.
“Reuters” agentliyi yazır ki, dollar son iki onillikdə bir çox başqa valyutalarla müqayisədə özünün ən yüksək qiymət həddinə çatıb. Hazırda 1 dollar təxminən 1 avrodur.
***
“Standard Chartered” firmasından Sara Hyuin deyir ki, avronun zəifləməsinə təkcə enerji daşıyıcıları qiymətlərinin artması yox, həm də Avropa Mərkəzi Bankında uçot dərəcəsi ilə bağlı yaranmış fikir ixtilafı təsir edib. İnvestorlar haberlə Çinin Şanxay da daxil daha nə qədər şəhərində COVİD məhdudiyyətlərinin tətbiq oluna biləcəyini izləyirlər.
Avropada isə vəziyyəti gərginləşdirən Rusiya qazını nəql edən Şimal Axını 1 kəmərinin 10 gün müddətində cari təmirə dayanmasıdır.
İnvestiorlar narahatdırlar ki, Rusiya qazın nəqlini Ukraynada müharibə ilə bağlı daha uzun müddətə dayandıra bilər.
İyulun 12-də neftin qiyməti də dolların yüksək mıəzənnəsi qarşılığında kəskin düşüb.