Kosmosa göndərilən ən böyük və ən güclü teleskop olan 10 milyard dollarlıq “Ceyms Vebb” teleskopu kosmosun indiyə qədər ən dərin hissələrini göstərir.
Alimlər teleskopu keçmişə baxmaq kimi təsvir edirlər, çünki onun gördüyü qalaktikalar o qədər uzaqdır ki, onlardan gələn işığın teleskopa çatması milyardlarla il çəkir.
“İşıq saniyədə 186 mil sürətlə hərəkət edir. (Şəkildə) gördüyünüz işıqlar 13 milyon il hərəkət edib”, bazar ertəsi Bayden və vitse-prezident Kamala Harrislə birlikdə mətbuat konfransında iştirak edən NASA administratoru Bil Nelson deyib.
Vebb teleskopu Böyük Partlayışdan sonra yaranan işığı görə bilir.
Vebb teleskopu ondan öncəki Habbl teleskopundan 100 qat daha həssasdır. O həmçinin infraqırmızı spektrdən istifadə edir. Habbl isə əsasən optik və ultrabənövşəyi dalğa uzunluqlarından istifadə edirdi.
Nelson deyib ki, teleskop o qədər dəqiqdir ki, alimlər kosmosun dərinliyindəki planetlərin kimyəvi tərkibini görə və onların yaşayış üçün yararlı olub-olmadıqlarını müəyyən edə biləcəklər.
“Biz hələ ki, bilmədiyimiz sualların cavablarını tapa biləcəyik”, – o deyib.
Harris bildirib ki, teleskop “kainatın, günəş sistemimizin, və bəlkə də həyatın elə özünün mənşəyi ilə bağlı biliklərimizi artıracaq”.
Teleskop dekabrın 25-də. Cənubi Amerikada Fransa Qvianasından kosmosa göndərilib və bu şəkilləri çəkməyə başlamadan öncə Yer kürəsindən 1.6 milyon kilometr məsafə qət edib.
Teleskopdan daha böyük şəkillər çərşənbə axşamı Merilend ştatındakı Qoddard Kosmik Uçuş Mərkəzində NASA tərəfindən nümayiş etdiriləcək.
Nelson deyib ki, gələcəkdəki şəkildə kosmosun mənşəyinin daha uzaqlarının, yəni 13.5 milyard il keçmişin görünəcəyini deyir.
Alimlər Vebb teleskopundan kosmosundan hüdudlarındakı ulduzlar, qalaktikalar və planetləri araşdırmaq, habelə bizə yaxın olan cisimləri, o cümlədən günəş sistemimizi daha kəskin şəkildə görmək üçün istifadə edəcək.