Vaxt.Az

150 buryat döyüşməkdən imtina edib


 

Moskva müharibəyə milli azlıqları göndərməkdə davam edir

150 buryat döyüşməkdən imtina edib Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır. Rusiyanın penitensiar müəssisələrində məhbuslarla rəftarı montorinq edən insan haqları qrupu bildirir ki, Şimali Qafqazdakı Adıge regionunda yüzlərlə kişi Ukrayna müharibəsində iştirak üçün səfərbər edilib.

Gulagu.net qrupunun rəhbəri Vladimir Oseçkin iyulun 11-də AzadlıqRadiosuna deyib ki, onun mənbəyi Tlustenxabldakı 1 nömrəli əmək-islah koloniyasından 300-dək məhkumun Vaqner özəl hərbi şirkəti tərəfindən Ukrayna mühatribəsinə səfərbər edildiyini bildirib.

Bundan bir gün əvvəl Gulagu.net Adıge Respublikasındakı həbsxanada məhbus olan keçmiş hüquq-mühafizə işçiləri ilə bağlı video dərc etmişdi.

Bu videoada məhbuslar koloniyada aparılan səfərbərlik kampaniyası barsəində danışırdılar.

Rusiyanı bir neçə il bundan əvvəl tərk etmiş Oseçkin hazırda Fransada yaşayır.

***

O bildirir ki, son vaxtlarda Rusiyanın 20 milli reogionundan olan məhbusların və ya keçmiş məhbusların müharibəyə səfərbər edilməsi kampaniyası ilə bağlı çoxsaylı şikayətlər daxil olur.

Oseçkin bunu da deyir ki, bu sayaq “aqressiv səfərbərlik” kampaniyası Ukrayna ilə həmsərhəd Rostov vilayətinin həbsxanalarında da aparılıb.

Bu da xəbər verilir ki, Rusiya qüvvələrinin Ukraynada verdikləri ağır itikilərlə bağlı Rusiya prezidenti Vladimir Putin ümumi səfərbərlik elan etmədən səfərbərliyin müxtəlif məxfi formalarını həyata keçirir.

Müşahidəçilərin sözlərinə görə Putin ölkədə ümumi səfərbətlik elan etməkdən çəkinir. Putin ehtiyat edir ki, bu, geniş etirazlara və ordudan kütləvi yayınmalara səbəb ola bilər.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya Ukraynadakı müharibədə 37,400 əsgər itirib.

Bu arada Azad Buryatiya insan haqları təşkilatı Buryatiya Respublikasından olan 150 əsgərin Ukrayna müharibəsində iştirakdan imtina etdiklərini və öz evlərinə qayıtdıqlarını bildirir.

 





12.07.2022    çap et  çap et