Elnur Aslanovun Prezident Administrasiyasında rəhbərlik etdiyi Siyasi təhlil və informasiya təminatı şöbəsi ləğv edilib.
«Qaynar.info»nun verdiyi məlumata görə, martın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Elnur Aslanovun keçmiş rəhbəri olduğu şöbə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib.
Qeyd edək ki, İctimai-siyasi məsələlər şöbəsinə Əli Həsənov rəhbərlik edir.
Əldə olunan digər məlumata görə isə Elnur Aslanovun kurasiyasında olan internet resursları da artıq yeni şöbədən təlimatlandırılacaq.
çap et