Vaxt.Az

Uhanda vəba xəstəliyi yayılıb?


 

Çinin rəsmi xəbər saytında yerləşdirilən xəbər az sonra yoxa çıxıb

Uhanda vəba xəstəliyi yayılıb? Çin rəsmiləri bazar ertəsi COVİD-19-un qlobal səviyyədə yayılmasından əvvəl ilk başladığı Uhan şəhərində vəba xəstəliyinin baş verdiyini təsdiqləyib. Dövlət mediası bunun hələ də COVID epidemiyası ilə mübarizənin davam etdiyi vaxt ictimai narahatlığa səbəb olduğunu etiraf edib.

Çinin rəsmi Sinhua xəbər agentliyi bu barədə məlumatı bazar ertəsi axşam öz internet saytının ön səhifəsində, Vuçan rayonu hökumətinin xəstəliklərə nəzarət mərkəzinin yaydığı ictimai elana istinadən dərc edib. Uçan Uhan şəhərinin bir milyondan çox sakini olan bir rayondur. Xəstəliyə yoluxma halı Uhan Universitetində qeydə alınıb.

Çərşənbə axşamı yerli vaxtla səhər saatlarından etibarən bu xəbəri artıq Sinhua agentliyinin ön səhifəsində və vebsaytın yerli xəbərlər bölməsində tapmaq mümkün olmayıb.

Uhan Universiteti bazar ertəsi mədə xəstəliyi olan bir aspirantın iyulun 8-də qızdırma, qusma və ishal keçirdikdən sonra universitetin xəstəxanasına yerləşdirildiyini bildirib. Universitetdən verilən məlumata görə, bundan sonra tələbə iki dəfə daha yüksək səviyyəli xəstəxanalara köçürülüb və hazırda karantindədir.

Universitetin məlumatına əsasən, tələbənin qaldığı yataqxana, eləcə də tələbənin işlədiyi laboratoriya iyulun 9-dan etibarən bağlanıb. Onunla yaxın kontaktda olan üç nəfər - iki otaq yoldaşı və xəstəxanaya yerləşdirilməzdən əvvəl həmin tələbə ilə nahar edən üçüncü şəxs karantinə alınıb.

İyulun 9-u axşamdan ertəsi gün səhərə qədər eyni yataqxana binasında yaşayan 254 tələbə, həmçinin yataqxana binalarının müdirləri və 15 satıcı testdən keçirilib. Universitetdən bildirilib ki, potensial təsirə məruz qalan ərazilər müvəqqəti olaraq bağlanıb, müvafiq işçilər “qaydaya uyğun olaraq” karantinə alınıb və onlara profilaktik olaraq dərmanlar verilib.

 





12.07.2022    çap et  çap et