Vaxt.Az

“Preimum”un qiyməti dəyişib


 

Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir

“Preimum”un qiyməti dəyişib Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin qiyməti 0,4 manat bahalaşıb. Beləliklə, bu məhsulun yeni qiyməti iki manat olacaq. Benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında qiymət artımı olub. Aİ-95 premium markalı benzin bizdə istehsal olunmur, xaricdən gətirilir.

2021-ci ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq bir litr üçün 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları - Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb.

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır. Eyni zamanda, Aİ-95 markalı benzinin qiymətinin bahalaşması ölkədə malların dəyərinə təsir etməyəcək, çünki daşıyıcılar dizel yanacağı və Aİ-92 markalı benzindən istifadə edir. İctimai nəqliyyat, yükdaşıyan maşınlar, şəxsi avtomobillər, müxtəlif xidmət növləri üzrə avtomobillər yerli benzinlə doldurulur. Aİ-95 benzinindən ölkədə dəfələrlə az olan bahalı avtomobillər istifadə edir. (Trend.az)

 





13.07.2022    çap et  çap et