Qazın 3,9 milyard kubmetri SOCAR üzrə, 6,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.
Bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub. BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib.
Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın səmt qazı, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox təbii qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
2021-ci ildə Azərbaycan təqribən 19 milyard kubmetr qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmerə yaxını Avropanın payına düşüb.