Vaxt.Az

Rusiyaya Marsda da sanksiya


 

Avropa Kosmik Agentliyi “Roskosmos”la əməkdaşlığına son qoyub

Rusiyaya Marsda da sanksiya Avropa Kosmik Agentliyi (AKA) “ExoMars 2022” proqramı çərçivəsində Rusiyanın Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası - “Roskosmos” ilə əvvəllər dayandırılmış əməkdaşlığa tamamilə son qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin baş direktoru Yozef Aşbaxer bildirib.

AKA İdarə Heyəti “ExoMars 2022” missiyasının rover (başqa planetin və ya göy cisminin səthində hərəkət etmək üçün nəzərdə tutulmuş kosmik cihaz) və eniş platformasının taleyini müzakirə edərək Ukraynadakı vəziyyət və sanksiyalarla bağlı mövcud şəraitdə layihə üzrə “Roskosmos” ilə gələcək əməkdaşlığın rəsmən dayandırıldığını etiraf edib.

Y.Aşbaxer qeyd edib ki, AKA iyulun 20-də artıq digər tərəfdaşlarla gələcək fəaliyyət üçün yeni ideyalar təqdim edəcək.

 





13.07.2022    çap et  çap et