“İran danışıqları gecikdirməklə və vaxt udmaqla uranın zənginləşdirilməsi proqramlarını sürətləndirib.
Tehran üçün yaranmış bu fürsət bir neçə həftədən sonra bağlanacaq və indi masada olandan daha yaxşı sövdələşmə olmayacaq”, – deyə, xarici işlər naziri bildirib.
Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru iyulun 12-də ABŞ prezidentinin diplomatiyanı irəliyə doğru ən yaxşı addım hesab etdiyini bildirib.
O, İranın nüvə silahı əldə edəcəyi təqdirdə Yaxın Şərqdə heç bir problemin asanlıqla həll olmayacağını deyib.