Vaxt.Az

10 nəfərdən 4-ü yoxsuldur


 

Dünyada 1,8 milyarddan çox insan güclü daşqınlar riski altındadır

10 nəfərdən 4-ü yoxsuldur Yeni araşdırmaların nəticələri göstərib ki, dünyada 1,8 milyarddan çox insan güclü daşqınlar riski altındadır. Onların əksəriyyəti Asiyanın aşağı və orta gəlirli ölkələrində və hər 10 nəfərdən dördü yoxsulluq içərisində yaşayır.

Bu rəqəm əvvəlki təxminlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Risk əsasən daşqınlara ən az tab gətirə bilənlər arasındadır.

“Mən bunun həqiqətən qiymətli bir məlumat olduğunu düşünürəm. Çünki yoxsulluq və daşqın riski arasındakı bu əlaqə bir növ diqqətdən kənarda qalıb”, – deyə tədqiqatda iştirak etməyən Almaniya Geo-Elmlər Tədqiqat Mərkəzindən Bruno Mertz bildirib.

Daşqın riskinin qiymətləndirilməsi adətən pul baxımından nəzərə alınır və bu, daha çox sərvətin təhlükə altında olduğu zəngin ölkələrdə ən yüksək göstəricidir. Yeni araşdırma diqqəti daşqınlarla yoxsulluğun üst-üstə düşməsinə yetirib.

“Nature Communications” jurnalında dərc edilən tədqiqat özündə qlobal daşqın riski ilə əhalinin sıxlığı və yoxsulluğun bağlı məlumatları birləşdirib. Tədqiqatda diqqət orta hesabla ən azı 100 ildə bir dəfə 15 santimetr və ya daha dərin olan daşqınların baş verdiyi yerlərə yetirib.

Araşdırma nəticəsində məlum olub ki, güclü daşqın riski altında olan insanların təxminən 90%-i zəngin ölkələrdə deyil, yoxsul ölkələrdə yaşayır. Daşqınlara məruz qalan 780 milyondan çox insan gündə 5,50 dollardan az pulla yaşayır.

 





13.07.2022    çap et  çap et