Bayden İsrail və fələstinlilərin iki dövlət planının həll yolunu dəstəklədiyini bildirib və ABŞ-ın İsrailin Yaxın Şərqə inteqrasiyasını dərinləşdirəcəyini deyib.
İsrailə səfəri zamanı Bayden müvəqqəti Baş nazir Yair Lapid və müxalifət lideri Benyamin Netanyahu ilə görüşərək və onlarla Körfəz ərəb ölkələri ilə havadan müdafiə imkanlarının inteqrasiyası da daxil olmaqla, İranla bağlı təhlükəsizliyi müzakirə edəcək.
İordan çayının qərb sahilində Bayden Tramp administrasiyasının yardımı kəsməsindən və Qüdsdəki ABŞ konsulluğunu bağlamasından sonra Fələstin Muxtariyyəti ilə münasibətləri bərpa etməyə çalışacaq.
Daha sonra Bayden Körfəz Əməkdaşlıq Şurasının üzvləri – Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İraq və İordaniya ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək GCC+3 Sammitində iştirak edəcək.
Bayden Səudiyyə Ərəbistanı ilə əlaqələri bərpa etmək üçün Kral Salman və vəliəhd şahzadə Məhəmməd Bin Salmanla görüşə hazırlaşır.