Vaxt.Az

“İki addımlıqda” olan anlaşma


 

Ukrayna taxılının ixracı ilə bağlı razılıq yaxın zamanda əldə edilə bilər

“İki addımlıqda” olan anlaşma Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Ukraynadan taxılın təhlükəsiz ixracı məsələsini müzakirə etmək üçün BMT nümayəndələri ilə İstanbulda görüşür.

Dörd gün müddətinə planlaşdırılan görüş Rusiyanın Ukraynaya müdaxiləsi və Qara dənizdə əvvəllər Ukrayna buğdasının ixracı üçün istifadə edilən limanları ələ keçirməsi fonunda keçirilir.

Qiymətlər əksər inkişaf etmiş ölkələrdə çətinliklərə səbəb olsa da, Afrika ölkələri kimi bir çox yoxsul ölkələr ərzaq qıtlığından əziyyət çəkir.

Ukrayna çərşənbə günü bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı aylardır blokladığı Qara dəniz limanlarından taxıl ixracatını bərpası mümkün görünür.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba təfərrüatları açıqlamadan, Rusiya, BMT və Türkiyə rəsmiləri ilə ixracatla bağlı danışıqlara başlamazdan əvvəl razılaşmanın “iki addımlıqda” olduğunu deyib. İclas başa çatdıqdan sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin “İstanbuldakı inkişaflar” barədə açıqlama verəcəyi bildirilib.

20 milyon tondan çox Ukrayna taxılı Qara dəniz sahilindəki Odessa limanında elevatorlarda saxlanır və Rusiyanın blokadası səbəbindən onlarla gəmi dayanıb. Türkiyə bölgədə gözləyən 20 ticarət gəmisinin olduğunu, tez bir zamanda yüklənə və dünya bazarlarına göndərilə biləcəyini deyib.

Ukrayna arpa və taxıldan savayı qarğıdalı kimi buğdanın da əsas ixracatçısı olub. O, həmçinin günəbaxan yağının təxminən yarısının qlobal bazarlara ixracını təmin edib.

Ukrayna və Qərb Moskvanı nəzarəti altında olan bölgələrdə ukraynalı fermerlərdən oğurladıqları taxılı ixrac etmək cəhdində ittiham edib.

Plana həmçinin daşımalar edilərkən Rusiyanın atəşkəsə razı olması və Türkiyənin BMT-nin yardımı ilə Rusiyanın silah qaçaqmalçılığı qorxusunu aradan qaldırmaq üçün gəmilərə nəzarəti də daxildir.

 





13.07.2022    çap et  çap et