Vaxt.Az

Son 40 ildə ən sürətli artımı


 

ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb

Son 40 ildə ən sürətli artımı ABŞ hökumətinin çərşənbə günü verdiyi məlumata görə, istehlak qiymətləri iyun ayında bir il əvvəl ilə müqayisədə 9,1 faiz artıb və hələ də artmaqdadır. Bu, son 40 ildə ən sürətli artımdır.

Əmək Statistikası Bürosu may ayı ilə müqayisədə iyun ayında qiymətlərin 1,3 faiz artdığını bildirib. Bu rəqəm də əvvəlki aylar milyonlarla amerikalı ailənin ərzaq, benzin və mənzil büdcəsindəki artımlardan sonra böyük sıçrayış hesab olunur.

May ayından iyun ayına qədər olan ən böyük artım enerji indeksində 7,5 faiz olub və bu inflyasiyanın ümumi artımının təxminən yarısını təşkil edib. Yanacaq, neft, benzin və elektrik enerjisinin qiymətlərini əhatə edən enerji indeksi il ərzində 41,6 faiz artıb ki, bu da 1980-ci ilin aprelindən bəri 12 aylıq ən böyük artımdır.

İyun ayında benzinin qiyməti 11,2 faiz bahalaşıb ki, bu da Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya bazarında neftin qiymətlərinin təsirindən irəli gəlib.

Benzin qiymətindən başqa əksər amerikalı ailələri ən çox ərzaq xərclərinin artması narahat edir. Belə ki, iyun ayında may ayı ilə müqayisədə ərzaq qiymətləri 1 faiz, bir il ötən illə müqayisədə 10,4 faiz artıb. Bu da 1981-ci ilin fevralından bəri ən böyük illik artımdır.

 





14.07.2022    çap et  çap et