Vaxt.Az

Yağıntılı vaxtlarda nisbi canlanma olur


 

Urmiya gölünün cənub hissəsi payıza kimi tam quruyacaq

Yağıntılı vaxtlarda nisbi canlanma olur İran parlamentinin Ətraf Mühitin Mühafizəsi Fraksiyasının başçısı Süməyyə Rəfii mütəxəssislərin proqnozlarına istinadən Urmiya gölündə buxarlanmanın oktyabrın sonuna qədər davam edəcəyini, suyun səviyyəsi gölünün bərpası layihəsinin ilk günündəki səviyyəyə çatacağını və gölün cənubunun tamamilə quruyacağını deyib.

O, son illər yalnız ilin yağıntılı vaxtlarında göldə nisbi canlanmanın müşahidə olunduğunu söyləyib.

Süməyyə Rəfii 2027-ci ilə kimi Urmiya gölünün çox hissəsinin bərpa olunacağının nəzərdə tutulmasına baxmayaraq planın alınmayacağı ehtimalının yüksək olduğunu bildirib.

 





14.07.2022    çap et  çap et