Vaxt.Az
Ukrayna səfirini geri çağırdı
Belarusa nota verildi
Ukrayna XİN-i bu ölkənin Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun Krımın işğalı məsələsində Rusiyanı müdafiə eləməsidir.XİN rəsmisi Perebiynis Lukaşenkonun 23
mart bəyanatını hamı tərəfindən tanınan beynəlxalq hüquq normaları ilə,
Rusiyanın ilhaq siyasətini pisləyən əksər ölkələrin mövqeyi ilə ziddiyyət
təşkil elədiyini bildirib.
Ukrayna Belarus tərəfə etiraz notası da
təqdim edib.
24.03.2014
çap et