“Hər iki hökumətin məsələ ilə bağlı fəaliyyəti Azərbaycan xalqının layiq olduğu səviyyəyə uyğun olmayıb. Urmiya gölünün Bərpası Qərargahı yatıb, fəaliyyətsizdir. Şəxsən prezident məsələyə müdaxilə etməsə, bərpa işləri mümkün olmayacaq”, – deyə millət vəkili bildirib.
Urmiya gölünü mədəniyyətlərin beşiyi və Azərbaycanın döyünən ürəyi adlandıran Nəcəfzadə İbrahim Rəisidən ekoloji problemin həlli ilə bağlı təcili tədbir görməsini istəyib.
Millət vəkili bərpa işlərinin belə davam edəcəyi təqdirdə ölkənin şimal-qərb bölgəsində ətraf mühitin və eko-sistemin məhv olacağı barədə xəbərdarlıq edib.