“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 6 ay ərzində ölkənin enerji ixracı 664,1 milyon kVt/s, enerji idxalı isə 71,1 milyon kVt/s təşkil edib.
Nazir həmçinin qeyd edib ki, yanvar-iyun aylarında su da daxil olmaqla bərpa olunan mənbələrdən ötən ilin eyni dövrünə nisbətən 205,3 milyon. kVt/s artımla 1 162,7 milyon kVt/s elektrik enerjisi istehsal edilib.