O, Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyətinin səmərəsiz olduğunu bəhanə gətirərək Zab çayından gölə su buraxılmasının mənasız olduğunu iddia edib.
“Gölə suötürücü tunelin tikintisindən sonra Piranşəhrdə yeraltı suların səviyyəsi azalıb, bulaqlar və quyular quruyub. Bir neçə onilliklər ərzində əkinçiliklə məşğul olan piranşəhrlilər bu gün bir çox problemlərlə üzləşiblər.
Piranşəhrlilər niyə bu böhranla üzləşməlidirlər?”, – deyə, Kamal Hüseynpur İran parlamentindəki çıxışında bildirib.
O, Urmiya gölünün bərpasına müsbət yanaşmalarına baxmayaraq, Zab çayından su çəkilişinin qəbul edilməz olduğunu söyləyib.
Bundan bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin kürd millət vəkili Cəlal Mahmudzadə də bölgədə olan su anbarlarından Urmiya gölünə su ötürülməsinə etiraz etmişdi.
Qeyd edək ki, Kamal Hüseynpurun iddia etdiyi tuneldən bu günə kimi Urmiya gölünə bir damcı belə su ötürülməyib və layihə yarımçıq qalıb.
Urmiya gölünün quruması nəticəsində baş verən ekoloji fəlakət bölgənin türk əhalisinin köçünün sürətlənməsinə səbəb olacağı üçün bu, Tehran hökuməti ilə yanaşı Güney Azərbaycanın qərb torpaqlarına iddia edən və burada yerləşmək istəyən kürdlərin də işinə yarayır.