Vaxt.Az

“Bu gün xalqı özümüzə qarşı qoymuşuq”


 

Təbrizin millət vəkili məcburi hicabla bağlı danışıb

“Bu gün xalqı özümüzə qarşı qoymuşuq” Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan hicabsızlığa görə qadınların döyülməsinə və basqılara məruz qalmalarına etiraz edib.

“Biz düşüncə və biliyin qarşısında bilikli şəkildə cavab vermək əvəzinə zorakılığa əl atır, tutur, döyür və həbs edirik. Bu, bizim zəifliyimizi və irəli sürülən fikirlər qarşısında cavabımızın olmadığı üçün güc yoluna əl atmağımızdan irəli gəlir. belə olmasa məntiqli cavab verərdik”-deyə, millət vəkili bildirib.

Məsud Pezeşkiyan son vaxtlar hicab bəhanəsi ilə qadınlara qarşı başladılan hücumların yersiz olduğunu və bunun yaxşı sonuclanmayacağını deyib.

“Bu gün küçələrə çıxıb yaylıqları açan qadınları kim tərbiyə edib? Əlbəttə biz tərbiyə etmişik. Əgər burada döyülməli biriləri varsa bunlar o qadınlar, qızlar deyil, biz özümüzük”, – deyə. təbrizli millət vəkili hökumətin tərbiyəvi məsələlərlə bağlı siyasətinin yanlış olduğunu deyib.

O, bütün imkanların. o cümlədən televiziya, radio. məktəb və Universitetlərin dövlətin əlində olmasına baxmayaraq istədikləri nəsli formalaşdıra bilmədiyini söyləyib.

“Bu gün xalqı özümüzə qarşı qoymuşuq. Artıq onlar bizim dediyimz sözlərin çoxunu qəbul etmirlər”, –deyə, Məsud Pezeşkiyan vətəndaşların dövlətə inanmadıqlarını qeyd edib.

 





14.07.2022    çap et  çap et