Vaxt.Az

Donbasda Kobzona etiraz


 

Putini dəstəkləyən müğənninin abidəsi rənglənib

Donbasda Kobzona etiraz Bu gün səhər saatlarında naməlum şəxslər SSRİ-nin və Rusiyanın xalq artisti İosif Kobzonun Donbas küçələrindən birindəki abidəsini qəhvəyi rənglə rəngləyiblər.

«Aktual.az» Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə yerində işləyən Mənzil istismar xidməti əməkdaşları abidənin rəngdən təmizlənməsinə çalışıblar.

Qeyd edək ki, 2003-cü il avqustun 30-da «Yunost» gənclər evinin önündə ucaldılan abidə Donbas şəhərində anadan olmuş İosif Kobzonun 66 illik yubileyinə hədiyyə edilmişdi.

Xatırladaq ki, İosif Kobzon Ukrayna hadisələri zamanı öz çıxışlarında Putinin mövqeyini müdafiə etdiyi üçün Maydan fəallarının hədəfinə düşüb.

 





24.03.2014    çap et  çap et