Bayden daha sonra bəyan edib ki, İranla razılaşma ölkənin nüvə proqramının məhdudlaşdırılmasına gətirib çıxara bilər və belə bir razılaşma əldə olunarsa, bu, İranı nüvə proqramı sahəsində geri qaytaracaq.
Eyni zamanda o, Amerika müttəfiqlərinin narahatlıqları aradan qaldıracağını və İranın nüvə proqramının təhlükəsi ilə bağlı onları arxayın salacağını vurğulayıb.
“Amerika eyni vaxtda İranla nüvə razılaşması üzərində çalışacaq və onun təhdidləri ilə də mübarizə aparacaq”, – deyə Co Bayden bildirib.
Amerikanın prezidenti İsrailin İranın qabaqcıl silahlar inkişaf etdirməsinə dair kəşfiyyat hesabatının məzmunu ilə tanış olduqdan sonra İranın atom bombası yaratmağa həmişəkindən daha yaxın olmasından narahatlığını bildirib.
Bayden İsrailə səfəri zamanı İsrail kəşfiyyatının İranın qabaqcıl silahlar istehsalına dair hesabatından xəbər tutub.
Bu hesabatda İsrail kəşfiyyatının məlumatlarına istinadən İranın bölgədə özünə bağlı qüvvələri bir milyard dollar dəyərində silahla silahlandırdığı bildirilir.