Vaxt.Az

Azı 12 nəfər həlak olub


 

Vinnitsaya atılan Rusiya raketlərinin ofis binasına, yaşayış binalarına və tibbi mərkəzə düşdüyü deyilir

Azı 12 nəfər həlak olub İyulun 14-də paytaxt Kiyevdə 268 km qərbdə yerləşən tarixi Vinnitsa şəhərinə üç raket atılıb, azı 12 nəfər həlak olub, onlarla yaralı var.

Prezident Vladimir Zelenski hücumu “aşkar terrorçuluq aktı” adlandırıb.

***

Ukrayna qüvvələri isə ölkənin cənubunda Rusiyanın azı üç hərbi obyektini vurub, regionda əkshücumu intensivləşdirdiyini bildirir. Ukrayna 13 rusiyalı “işğalçı”nın öldürüldüyünü bildirir.

Bu həftə Xerson vilayətindəki Nova Xakovkaya da zərbə endirilmişdi. Nova Xakovda sursat deposunun vurulması nəticəsində 52 əsgərin öldürüldüyü deyilir. Şəhərə Rusiyanın təyin etdiyi administrasiya isə hücumda azı 7 dinc sakinin olduğunu bildirib.

Donetsk vilayət hərbi administrasiyasının başçısı Pavlo Kirilenko vilayətin atəşə tutulması nəticəsində üç dinc sakinin həlak olduğunu bildirib.

Vinnitsaya atılan Rusiya raketlərinin ofis binasına, yaşayış binalarına və tibbi mərkəzə düşdüyü deyilir.

370 min əhalisi olan bu şəhərin 1363-cü ildə salındığı bildirilir.

***

“Rusiya hər gün mülki sakinləri, ukraynalı uşaqları öldürür, hərbi hədəf olmayam mülki obyektlərə raket zərbələri endirir. Bu açıq terrorçuluq aktı deyilsə, nədir?”, – Zelenski onlayn postunda yazıb.

Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan tvitində Müdafiə Nazirliyinə istinadla yazıb ki, ərazidə ukraynalı hərbçilər yerləşibmiş.

İyulun 14-də Aİ-nin xarici işlər və ədliyyə nazirləri Haaqada Rusiyanın iddia olunan hərbi cinayətlərini müzakirə edəcəklər. Zelenski konfransa video bağlantı ilə qatılacaq.

Rusiya müharibədə dinc sakinləri bilərəkdən hədəfə almadığını desə də, bunun əksini göstərən video dəlillər var.

 





14.07.2022    çap et  çap et