Vaxt.Az

Bakıya komissar gəlir


 

“Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik”

Bakıya komissar gəlir İyulun sonunda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər etməyi planlaşdırır. Bu barədə Avropanın “EUobserver” saytı məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi Avropa İttifaqı ölkələrinin təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini Azərbaycan hökuməti ilə müzakirə etmək olacaq.

“Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik”, – deyə Avropa İttifaqının sözçüsü bildirib.

Səfərdən əvvəl tərəflər iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.

Öz növbəsində Azərbaycan Energetika Nazirliyi Amerikanın Səsinə bildirib ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarın Bakıya gəlişi nəzərdə tutulur.

“Reuters” xəbər verir ki, tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr təbii qazın ikitərəfli satışını dəstəkləməyə çalışırlar.

 





14.07.2022    çap et  çap et