Hadisə iyulun 14-də rayonun Dağ Tumas kəndi ərazisində baş verib.
Elə bu gün Xocavənd rayonunda ekskavator sürücüsü, Türkiyə vətəndaşı Yalpiri Yıldıray minaya düşüb.
Hadisə rayonun Taqavard kəndi ərazisində tikinti işləri zamanı baş verib.
Hər iki faktla bağlı prokurorluq cinayət işi qaldırıb.
Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələr nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 49 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işləri həyata keçirir.