Urmiya gölünün quruması ilə yaranacaq ekoloji fəlakətə diqqət çəkmək və hökumətin laqeyd münasibətinə etiraz olaraq iyulun 16-da Güney Azərbaycanda elan edilən aksiyalar öncəsi Təbrizin mərkəzi avtomobil dayanacaqlarının (parkinglər) xüsusi qüvvələr tərəfindən nəzarətə götürüldüyü bildirilir.
Təbriz bazarında, Rasta küçədəki Məşrutə, Daneşsəra meydanında Səhənd, Saat meydanında Tərbiyət və Şeşgilan məhəlləsində yerləşən Delfin üzgüçülük mərkəzinin parkinginin xüsusi qüvvələrin yerləşdirilməsi üçün hökumət tərəfindən boşaldılıb.
Qeyd edək ki, Güney Azərbaycan təşkilatları iyulun 16-ı Təbriz vaxtilə saat 18:00, Bakı vaxtilə saat 18:30-a Güney Azərbaycan şəhərlərində Urmu gölü ətrafında baş verən ekoloji fəlakətə hökumətin laqeyd münasibətinə qarşı etiraz aksiyalarının keçirilməsinə çağırıblar.
çap et