Vaxt.Az

“Güclər blef etmir”


 

İsrailli rəsmi: “Son bir ildə İranda bir neçə əməliyyat keçirmişik”

“Güclər blef etmir” İsrailin milli təhlükəsizlik üzrə müşaviri Eyal Hulata iyulun 14-ü axşam saatlarında Amerika prezidenti Co Baydenlə görüşdən sonra bu ölkənin ilk rəsmisi kimi İsrailin son bir ildə İranda keçirdiyi əməliyyatları təsdiqləyib.

İsrailin kanal 13-ə televiziyasına müsahibə verən Eyal Hulata İsrail İrana qarşı təkbaşına və hətta Amerikanın basqısına məruz qalsa belə, hərəkətə keçəcəkmi sualına cavab olaraq son bir ildə dəfələrlə İranda əməliyyatlar keçirdiklərini deyib.

“Prezident Bayden həmişə diplomatik həllə üstünlük verdiyini, ancaq başqa həll yolları olmadığı təqdirdə İrana qarşı hərbi güc tətbiq edəcəyini bildirib. Mən Amerika prezidentinin məşhur sözlərindən biri olan “güclər blef etmir” sözünü dəfələrlə eşitmişəm. Bunu ciddi qəbul etmək lazımdı”, – deyə Hulata bildirib.

O, fərqli yollara əl atdıqları və İranda nə etdikləri barədə Amerikanı məlumatlandırmaqdan çəkinmədiklərini söyləyib.

“İsrail istədiyi kimi hərəkət edəcək. Biz son bir ildə İranda bir çox addımlar atmışıq və Amerika bizi dəstəkləyir. Biz rasional və məsuliyyətlə hərəkət edirik və hamı görür ki, bu, Amerika prezidenti ilə İsrail arasındakı münasibətlərə xələl gətirmir”, – deyə milli təhlükəsizlik müşaviri qeyd edib.

Adlarının çəkilməsini istəməyən bir neçə yüksək vəzifəli İsrail rəsmisi daha əvvəl 2022-ci ildə İranda Mossadın əməliyyatlarını təsdiqləmələrinə və bəzi Amerika mənbələrinin də əməliyyatı İsraillə əlaqələndirmələrinə baxmayaraq, Eyal Hulata İsrailin İranda əməliyyatını açıq şəkildə təsdiqləyən ilk rəsmidir.

 





15.07.2022    çap et  çap et