Vaxt.Az

İran idmançıları təcrid olunur


 

Amerika daha bir milli komandaya viza vermədi

İran idmançıları təcrid olunur İran mediası Amerikada keçirilən 18-ci Dünya Çempionatında iştirak etməli olan İran atletika üzrə milli komandasına Amerika hökuməti tərəfindən viza verilmədiyini yazıblar. İran Atletika Federasiyasının rəhbəri Haşim Siyami milli komandaya viza verilmədiyini təsdiqləyib.

O, bütün hazırlıqların görülməsinə baxmayaraq beynəlxalq tədbirə qatılmaq üçün milli komandaya hansı səbəbdən viza verilmədiyini bilmədiyini deyib.

Amerikanın şimal-qərbindəki Oreqon ştatında 15-24 iyul aralığında keçiriləcək beynəlxalq yarışda güneyli idmançı Mehdi Pircahan 400 metr məsafəyə maneəli qaçışda, Ehsan Həddadi isə disk atma yarışında iştirak etməli idilər.

Amerika bundan əvvəl İranın karate, muay-tay və oxatma üzrə milli komandalarına İran İnqilab Keşikçiləri Korpusu ilə birbaşa əlaqəsi səbəbindən viza verməkdən imtina etmişdi.

Bununla yanaşı İranın üç nəfərlik qadın basketbol komandası da viza problemi üzündən Asiya kuboku yarışlarında iştirak edə bilməyib.

Qeyd edək ki, bu barədə bir neçə gün əvvəl İranın azad güləş üzrə millisinin keçmiş məşqçisi Sərdar Paşayi özünün “Twitter” hesabında paylaşım edib.

O, yüngül Atletika Federasiyasının başçılarının İran İnqilab keşikçilərinə bağlılığı olan şəxslərlə birlikdə viza almaq üçün gizlicə Amerikanın Ermənistandakı səfirliyinə getdiklərini yazıb.

“Ancaq durum dəyişib, onların vətəndən qovduqları idmançılar onların başına bəla olublar”, – deyə Paşayi İran təhlükəsizlik və SEPAH məmurlarının idman heyətləri adı altında müxtəlif ölkələrə göndərildiklərini, ölkədən qaçan idmançıların onları ifşa etdiklərini bildirib.

“Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda SEPAH üzvləri və tərəfdarlarının olduğuna inanırlar və bu səbəblə Bayden hökumətindən İran komandalarına viza verilməməsini istəyiblər”, – deyə, bir neçə gün öncə “Faks News” İran komandalarına viza verilməməsi ilə bağlı yaydığı məlumatda qeyd edib.

 





15.07.2022    çap et  çap et