Vaxt.Az

Rajapaksa istefa verib


 

Şri-Lanka prezidenti 3 gündə 3 ölkə dəyişib

Rajapaksa istefa verib Şri-Lanka parlamentinin spikeri iyulun 15-i səhər deyib ki, Prezident Gotabaya Rajapaksa bir gün öncə axşam xaricdən istefasını rəsmən təqdim edib. Ölkədə bir neçə aydır iqtisadi problemlərə qarşı etirazlar keçirilirdi.

Paytaxt Kolomboda etirazçılar bundan öncə hökumət binalarından çıxmağa razılaşıblar. Parlamentin spikeri Mahinda Yapa Abeyvardena ilə danışıqlar aparılıb.

İyulun 20-də qanunverici orqanın Rajapaksanın 2024-cü ildə bitəcək prezidentlik müddətini tamamlamaq üçün yeni prezident seçəcəyi gözlənir.

Şri-Lankda gərginlik hələ də qalır, hökumət fövqəladə vəziyyət elan edib.

Parlamentin, digər hökumət binalarının ətrafında xeyli hərbçinin olduğu xəbər verilir.

Rajapaksa iyulun 13-də istefa vermədən ölkədən qaçıb. O əvvəlcə Maldivə, daha sonra Sinqapura gedib. Sinqapurda istefa ərizəsini Şri-Lanka Ali Komissiyasına təqdim edib. Rajapaksa daha sonra Səudiyyə Ərəbistanının maliyyə paytaxtı Ciddəyə gedib.

Ötən həftəsonu ölkədə kütləvi etirazlar başlanıb, nümayişçilər rəsmi binaları, o cümlədən prezident sarayını tutub.

Prezidentin səlahiyyətini icra edən Baş nazir Ranil Vikremesinq də parlamentə istefa verəcəyini deyib.

Etirazçılar prezidenti uzunmüddətli korrupsiyada, iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayır. O isə ittihamları rədd edir.

 





15.07.2022    çap et  çap et