“Mercedes” 2018-ci ildən ayaq oyunları oynayırdı. Həmin il “Ferrari” güclü idi, amma “Mercedes Motorsport”un rəhbəri Toto Volf FİA-nın otağından çıxmırdı. “Ferrari”nin maşınına hər yarış bir yoxlama cihazı qoşdurtdururdu. Bu da “Ferrari”yə pis təsir etdi. Arrivabene isə komanda rəhbərindən çox biznesmen kimi davranırdı. Bir dəfə “Mercedesə” tərs söz demədi. Rəhbər kimi yetərsiz adam idi.
“Mercedes” eyni şeyi 2019-cu ildə yenə “Ferrari”yə etdi. 2021-ci ildə isə rəqib “Red Bull” idi. Qarşısında artıq nə Binotto var idi nə də Arrivabene. “Formula-1”də avtoritet olmuş üç nəfər var idi - Kristian Horner, Helmut Marko və Adrian Nyui.
Britaniyaya qədər iki komanda da normal yarışırdı. Heç kim siyasi oyunlar oynamırdı. “Mercedes” gördü ki, normal yarışsa, “Red Bull”la bacarmayacaq. Britaniyada Verstappeni vurub çıxardılar. Sonra Masiyə təzyiq göstərib cəzanı azaltdılar. Ardınca Macarıstanda Alonsonun müdafiəsinə görə FİA-ya təzyiq göstərdilər.
“Red Bull” isə əsl yarış komandası kimi öz işində idi. Heç bir siyasi oyun oynamırdı. Sadəcə söz oyunları ilə “Mercedes”in əsəblərini oynadırdılar. “Red Bull” bu oyunlara ilk dəfə Abu Dabidə əl atdı. Burada da “Mercedes”i məğlub etdi. Arada hələ Səudiyyə Ərəbistanında Hamiltona verilməyən xəbərdarlıq cəzası var. O verilsə, xəbərdarlıqların sayı 3 olacaq və Hamilton startda 10 yer itirəcəkdi. Amma Mazepin şikayət etmədi deyə cəza gəlmədi. Nə dəxli? Onda gərək heç kimə cəza verilməsin. Burada niyə Masiyə yüklənilmir?
Hamilton Ciddədə gedib Verstappenə arxadan vurdu, dedi “brake test”dir. Amma eyni həmlələri bu il Verstappen-Lekler etdilər, təmas olmadı.
Keçən il Hamilton çempionluğa layiq idi? Son yarışdakı mənzərəyə görə hə. Amma onun çempionluğunu “Mercedes” oğurladı. 2018-ci ildən etdikləri siyasi oyunlarla. Amma “Red Bull” sonradan elə oyun qurdu ki, alman maşını hələ də özünə gələ bilmir.