Fəallar Valeh Zamani və başqa işçi hərəkatı fəalları və müəllimlərin həbsi barədə danışıb, onların qondarma ittihamlarla həbs edildiklərini və işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürülüb.
O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq təkadamlıq kamerada saxlanılır, müalicəsinə və dərmanlarının əldə edilməsinə icazə verilmir.
Bununla bağlı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edib.
Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib.
O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.
Fəridə Məhəmmədi bildirib ki, Valeh Zamani bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalıdır.