“Artıq 20 ildir ki, hər il orta hesabla Urmu gölündə su səviyyəsi 40 santimetr azaldığı üçün hazırda gölün 95 faizi yox olub”, – deyə, o bildirib.
Qeyd edək ki, İranın Ətraf Mühitin Mühafizəsi İdarəsi və yerli qurumlar son həftələr Urmu gölündə su həcminin kəskin azalması, gölün sahəsinin kiçilməsi səbəbindən bu barədə statistika verməyi dayandırıblar.
Son günlər ekoloji problemin yenidən gündəmə gəlməsindən, Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış və bir sıra azərbaycanlı millət vəkillərinin parlamentdə məsələ qaldırmasından sonra bu Urmu gölü ilə bağlı verilən ilk rəsmi statistikadır.
***
Digər bir məlumata görə, Urmiya gölünün Şərqi Azərbaycan əyalətində yerləşən Şərəfxana limanının tarixi iskelesi iyulun 15-də naməlum şəxslər tərəfindən yandırılıb.
110 il bundan öncə Qacarlar dövründə inşa edilən iskele Urmu gölünün simvollarından biri sayılırdı.
Yerli əhali bölgədə olan vətəndaşlar tərəfindən şəxsi imkanlar hesabına söndürülən yanğının bilərəkdən törədildiyi deyilir.
Onların bildirdiyinə görə yanğın tarixi iskeleyə ciddi ziyan vurub.