Vaxt.Az

Kürdlərdən Güney Azərbaycana zərbə


 

İran parlamentinin 4 vəkili Urmiya gölünün bərpasının əleyhinə səs verdi

Kürdlərdən Güney Azərbaycana zərbə İyulun 12-də İran parlamentində Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi və gölün bərpası üçün yeni layihələrin səsə qoyulması zamanı bir neçə deputat bunun əleyhinə olub.

Urmiya gölünün bərpasının əleyhinə səs verən nümayəndələrin içində Qərbi Azərbaycan əyalətindən İran parlamentində təmsil olunan 4 millət vəkilinin adı var.

Onlar Salmas şəhərinin nümayəndəsi Yaqub Rzazadə, Bukan şəhərinin nümayəndəsi Ənvər Həbibzadə, Soyuqbulaq şəhərinin nümayəndəsi Cəlal Mahmudzadə və Sərdəşt-Piranşəhr şəhərlərinin nümayəndəsi Kamal Hüseynpurdur.

Qeyd edək ki, iyulun 12-də İran parlamentinin açıq iclasında məsələ ilə bağlı müzakirələrdə 223 nümayəndə iştirak edib.

Onlardan 182 nümayəndə Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi ilə bağlı Kənd Təsərrüfatı, Su və Təbii Sərvətlər Komissiyasının təklifi və gölün bərpasının lehinə, 

52 əleyhinə səs verib və 12 nümayəndə tərəfsiz qalıb.

 





15.07.2022    çap et  çap et